Ölkə

Muğam və aşıq sənətinin qorunması ilə bağlı yeni qanun layihələri hazırlanıb

18 Fevral 2019 16:34
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Muğam sənətinin qorunması haqqında" və "Aşıq sənətinin qorunması haqqında" yeni qanun layihələri hazırlanıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin iştirakçıları ilə görüşdə deyib.

R.Hüseynov bildirib ki, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir. R.Hüseynovun sözlərinə görə, muğama münasibət heç də həmişə eyni olmayıb:

"Sovet dövründə muğamı sıxışdırmağa, adlarını dəyişməyə çalışırdılar".

Komitə sədri bildirib ki, muğam Azərbaycanın milli varlığını əks etdirir, eyni zamanda Azərbaycanı dünyada tanıdır:

"Təsadüfi deyil ki, ərazimizi işğal etdikləri kimi muğamımızı, milli adət ənənələrimizi qəsb etmək iddiaları var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.