Ölkə

Nazir Azərbaycanda bahalaşmadan danışdı

18 Fevral 2019 14:31
Baxış: 3 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur:

"Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın".

Nazir, həmçinin dərman qiymətlərinin nizamlanması məsələsinə də toxunub. O bildirib ki, əgər istehlakçılarda dövlət tərəfindən nizamlanan dərman preparatlarının qiyməti ilə bağlı şübhələr yaranarsa, onlar İqtisadiyyat Nazirliyinə və ya Tarif Şurasına müraciət edə bilər:

"Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.