Ölkə

Bakı-Şamaxı yolunda qəza - "Toyota" iki yerə bölündü - VİDEO

18 Fevral 2019 14:18
0 Şərh     Baxış: 3 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda baş verib.

Rayondan Bakıya gələn "Toyota Pickup" markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.

İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Şamaxı yolunda qəza -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.