Ölkə

Azərbaycanda ilk “DOST” mərkəzi nə vaxt açılacaq?

18 Fevral 2019 12:58
Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə Azərbaycanda ilk "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

Nazir bildirib ki, mərkəzdə "bir pəncərə" prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək: "Perspektivdə ölkədə 31 "DOST" mərkəzinin açılışı nəzərdə tutulur".

Qeyd edək ki, ilk "DOST" mərkəzi Yasamal rayonunda açılacaq. Ümumilikdə cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.