Ölkə

Dünəndən bu gün səhərədək Bakıya aylıq normanın 41 faizi qədər yağış yağıb

16 Fevral 2019 15:14
1 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlayıb.

Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerikdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qrızda 3 sm, Kişçay, Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.