Ölkə

"Harandan vursam dözərsən?" - Zaurdan efirdə NÖVBƏTİ QALMAQAL - FOTO

15 Fevral 2019 17:56
6 Şərh     Baxış: 3 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Boks Federasiyasının yeni milliləşdirdiyi kubalı Lorenberto Alfonso "5/5"də qonaq olub.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal təkidlə boksçudan onu vurmağını istəyib. Alfonso aparıcının təklifindən sonra ayağa qalxıb. Zaur idmançını "Vur görüm, haradan vurmaq fikrin var? sözləri ilə qıcıqlandırmağa başlayıb. Aparıcının sözlərini gülərək qarşılayan boksçu "Haradan vursam dözərsən?" deyib.

Zaur Kamal Alfonsoya "Elə vur ki, mən yıxılım burada. Gülür e... Sensasiya olacaq, bütün Azərbaycan səni tanıyacaq" ifadələri ilə canlı yayımda təzyiq etməyə başlayıb. 

Boksçu Zaurun ondan əl çəkmədiyini görüncə "Mən zərbələrimi ancaq rinqdə rəqiblərimə vururam" sözləri ilə bu dialoqa son qoyub.

Verilişdən həmin kadrlar:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.