Ölkə

"Azərbaycanlı qızla sevgiliyəm" - Məşhur əcnəbi idmançı - FOTO

15 Fevral 2019 15:51
6 Şərh     Baxış: 7 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks millimizin üzvlərindən olan, Avropa Oyunlarının qalibi, Rio Olimpiadasının bürünc mükafatçısı Lorenso Sotomayor "5/5"in qonağı olub.

Milli.Az xəbər verir ki, əslən kubalı olan millimizin boksçusu dilinin bəlasına düşüb. Lorensonun "Azərbaycanlı qızla sevgiliyəm. Bir-birimizi sevirik" sözləri aparıcı Zaurun ondan milli rəqs nümayiş etdirməsini istəməsi ilə nəticələnib:

"Sən qızı alsan "Heyvagülü", "Tərəkəmə" oynamalısan. Oynaya bilirsən onları?"

Aparıcının istəyini yerə salmayan boksçunu Rüfət Axundov tək rəqs etməyə qoymayıb.

Lorenso Sotomayorun rəqsindən təəccüblənən aparıcı boksçuya "Sənə Azərbaycanın suyu, çörəyi halal olsun. Qız da halaldı sənə, o istədiyin" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.