Ölkə

"Bu addım ölkədə elm və təhsilin inkişafına öz dərin töhfəsini göstərəcəkdir"

15 Fevral 2019 12:40
Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda elmə, təhsilə, elmi təhsil müəssisələrində çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub və dövlət başçısı tətəfindən davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilir.

Bu barədə Milli.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin artırılması nəzərdə tutulub. Sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, göstəriciləri yaxşı olan bütün tələblərin təqaüdlərinin artırılması nəzərdə tutlubdur. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da stimulaşmasına, ölkəmizdə elm və təhsilin inkişafına öz dərin töhfəsini göstərəcəkdir".

O əlavə edib ki, dövlət başçısının təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamı da ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması baxımından çox əhəmiyyətlidir: "Həmin siyasətə uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılacaq. Bu sosial qayğı sayəsində təqaüd alan tələbələrin sayı növbəti ildə 31 faizdən 45 faizə, 2021-ci ildə 50 faizə çatdırılacaq".

A.Hüseynov qeyd edib ki, təhsilə olan yüksək diqqətinin daha bir nümunəsi Prezident təqaüdünün artırılması ilə bağlı sərəncamın imzalanmasıdır: "Həmin təqaüdlərin 185 manatdan 210 manata qaldırılması ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etmək üçün rəqabəti artıracaq, ali təhsilə olan marağı stimulaşdıracaqdır".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.