Ölkə

Bakıda dəhşətli QƏZA: ər öldü, arvadı sağ qaldı - VİDEO

15 Fevral 2019 11:56
1 Şərh     Baxış: 5 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrullayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

1 Saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda dəhşətli QƏZA - ər öldü, arvadı sağ qaldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.