Ölkə

Azərbaycanda ilginc olay : DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTO

14 Fevral 2019 14:10
0 Şərh     Baxış: 2 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsi tələbəyə cərimə yazıb.

Milli.Az xəbər verir ki, bu barədə avropa.info-ya barəsində protokol tərtib edilən Zərdab rayonunun İsaqbağı kənd sakini Eminov Nurəddin Bəhlul oğlu bildirib.

N.Eminov deyib ki, 2019-cu ilin fevralın 4-də onun yaşadığı ünvana, yəni Zərdab rayonu İsaqbağı kəndinə Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsindən 5 ədəd məktub daxil olub. Həmin məktublarda bildirilir ki, o, sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozub və cərimələri ödəməlidir.

"Mən hal-hazırda Bakı şəhərində təhsil alıram, tələbəyəm və heç bir əmək fəaliyyəti ilə məşğul deyiləm", - o bildirib.

DYP-nin göndərdiyi protokolda qeyd edilir ki, N.Eminov onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, nəqliyyat vasitələrini idarə etmək hüququnu 6 aydan 1 ilədək məhdudlaşdırılması üçün məhkəmə orqanı qarşısında vəsatət veriləcək.

DYP həmin sənədləri baxılması üçün məhkəməyə də göndərib.

Nurəddin Eminov pozulan hüquqlarının bərpa olunmasını xahiş edir.

Maraqlısı budur ki, sürücü olmayan və avtobus idarə etməyən bu tələbənin sürücülük hüququndan məhrum edilməsinə hansı əsaslarla qərar veriləcək?

Ən qəribəsi isə odur ki, DYP "sürücü"nün hansı qaydaları "pozduğunu" və nəqliyyat vasitəsinin dövlət nömrə nişanını göstərməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.