Ölkə

"70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib"

14 Fevral 2019 14:35
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabinetinin yeni qərarı ilə mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi.

Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayının azaldığını deyən Y.Piriyev qeyd edib ki, qaydalar əsasında yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq:

"İxtisasların ləğv olunması məzunlara heç bir təsir göstərməyəcək. Onlar yalnız yeni ixtisaslar, yeni təhsil məzmunu əsasında kadr kimi hazırlanacaqlar. Ləğv olunmuş ixtisaslar üzrə təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi ilə bağlı da heç bir problem olmayacaq".

Y.Piriyev əlavə edib ki, yeni ixtisaslar dünyada qəbul olmuş standartlara uyğundur.

Onun sözlərinə görə, qərara uyğun olaraq, bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatında bəzi ixtisasların adları dəyişdirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.