Ölkə

Azərbaycanda təbii su hövzələrinə 46 milyona yaxın balıq buraxılıb

14 Fevral 2019 13:09
0 Şərh     Baxış: 720

2018-ci ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 milyon 922,7 min manat vəsait sərf olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 45,5 milyon balıq körpələrinin 37,7 milyonu çəkikimi balıq körpələrinin, 7,7 milyonu nərəkimi balıq körpələrinin və 0,1 milyonu qızılbalıq körpələrinin payına düşüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.