Ölkə

Avtobusda siqaret çəkən sürücülər cərimələnəcəklər - Şəkillərini çəkib göndərin - VİDEO

14 Fevral 2019 13:05
1 Şərh     Baxış: 1 171

Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.

Agentlikdən Mİlli.Az-a verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.

Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün" başlığı ilə info@bna.az elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.

Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusda siqaret çəkən sürücülər cərimələnəcək - 50 manata qədər

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Muhamməd üməti · 14 Fevral 13:2621

    BU HEÇDƏ DÜZGÜN QƏRAR DEYİL İNDİ GÖRÜN QƏZALARIN SAYI NƏQƏDƏR ARTACAQ.ÇÜNKİ SİQARET ÇƏKƏNƏR BİLİR Kİ SİQARETİN DƏMİ GƏLƏDƏ ADAM HANSI HALA DÜŞÜR KİMİNSƏDƏ ÇƏKƏCƏYİNDƏN QORXURSAN BEYİN QARIŞIR BİRBİRİNƏ BİRDƏ GÖRDÜZ AVTBUS GİRDİ BADIMCANLIĞA

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.