Ölkə

Eldar Əzizov “Passage-145”lə bağlı QƏRAR VERDİ - FOTO

14 Fevral 2019 12:20
1 Şərh     Baxış: 4 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının ən hərəkətli küçələrindən biri olan "Tarqovı"da  fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq verib, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.