Ölkə

Ramil Usubov 4 rayona yeni polis rəisləri təyin etdi - SİYAHI

14 Fevral 2019 11:48
0 Şərh     Baxış: 4 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qax Rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax Rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax Rayon Polis Şöbəsinin rəisi, Zərdab Rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, Balakən Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə sözügedən sayta yeni təyinatları təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.