Ölkə

Astarada "zek" silah və narkotiklə tutuldu

14 Fevral 2019 11:56
0 Şərh     Baxış: 753

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, "Makarov" markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Pünhan Mirzə
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.