Ölkə

"Xəyanət olmayan münasibətin boşluğundan yaranır" - Qadın psixoloq

14 Fevral 2019 11:18
1 Şərh     Baxış: 3 766

Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir. Xəyanət və boşanmalar ifrat həddə çatıb.

Bəs, bunun real səbəbi nədir? 

Milli.Az bu və digər suallarla xanım psixoloq Arzu Müzəffərə müraciət edib.

- Boşanmada fərqli situasiyalar var. Hansını deyim? Öncə sevib evlənən deyir elə bilirdim sevirdim, bəzisi deyir tanımırdım, görücü üsuluyla evləndik. Ayrılmaya səbəb isə bir-birlərinə olan bağın qopmasıdır.

Situasiya isə onların boşanmağa səbəb olan doğrularıdır. Çünki hər cütlük zamanla sevmədikləri durum yaşayırlar, amma boşanmırlar. Biz isə məhz boşanmanı onlara görə doğru adlandırırıq. Çünki çox halda boşanmayan cütlüklər sevgi, sayğı olmadığından fiziki və mənəvi, psixoloji təzyiq edirlər. Bunun olmaması üçün boşananların da addımlarına sayğı ilə yanaşırıq.

Keçmişdəki kimi, böyüklərin məsləhəti ilə ailə qurmağı boşanmaların qarşısını almaq üçün çıxış yolu hesab edirsinizmi?

- Hər yaşın həyata baxışı fərqli olur. Baş verən situasiya isə kimin necə addım atmağı, qərarını necə verməyində göstərir. Bu dediyim hər münasibətdə keçərlidir. İnsanın fikrini, həyata baxışını baş verən nələrsə dəyişir. Kimsə istəmir münasibət pozulsun, ailə dağılsın. Amma baş verən situasiyanı görəndə böyüklər də susur.

Boşanmalarda sosial şəbəkənin payı nə qədərdir?

- Sosial şəbəkədən istifadə önəmlidir. Kimin necə istifadəsi onun seçimidir. Sosial şəbəkədə kütlə var. Boşanmanın ünvanı olmur. İnsanın atdığı addımdır - ya qürur, ya dağdır. Bu, həyatda da olur. Virtual olsa da şəbəkələrdə baş verənlər reallaşır. Çünki hər yerdə insan var.

Ona xəyanət edən həyat yoldaşından eyni qisası alan qadınlara mövqeyiniz?

- Xəyanət boşuna yaranmır. Olmayan münasibətin boşluğundan yaranır. Öncə münasibətlər qopur, sonra hər iki cütlüyün fərqli seçimi, maləsəf, adını xəyanət qoyurlar. Bəzən xəyanətdən geri dönənlər də olur. Peşmanlıq, amma bu da fayda vermir. Çünki qarşı tərəfin hər dəfə şübhələri cütlüyü birləşməyə qoymur.

Təhməz Təkin
Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Musviq · 14 Fevral 13:0330

    Bir qadin evlenib ayrilibsa, bu onun her cur istifade edilmeye uygun oldugu menasini vermez.Bu onun duygularinin olmadigi menasina da gelmez.Bir qadin evlenib ayrilibsa kucelerde hezz axtaran insanlarin oyuncagi Ola bileceyi menasina gelmemelidir.Bir qadin evlenib ayrilibsa,qiriqdi onun xeyallari,yixilibdi umidleri.Sevmeyecek o bir daha, Guvenmeyecek kimseye.Bir qadin evlenib ayrilibsa uzerinde teziqler olacaq hemise.O hem Anadir hem Atadir ovladlarina.Exlaqsiz deyil evlenib ayrilan qadin.Cunki hec bir qadin ayrilmaq ucun evlenmez.hec bir kisinin ona pis gozle baxmaga haqqi yoxdur.Bir qiz usagi dusunun sizin ovladiniz olan.Ona edilmesini istemediyiniz seyleri basqa bir Atanin ovladinia yasatmaga calismayin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.