Ölkə

Göyçayda qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı

14 Fevral 2019 10:30
5 Şərh     Baxış: 1 068

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, N.Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. Qadının hamiləliyi müəyyən olunduqdan sonra o həmin gecəni xəstəxanada qalıb, fevralın 12-də abortdan sonra qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Dəhşət · 14 Fevral 10:4321

    Həkimlər öldürüb yazıq gəlini!!! Belədə bilirdim!!! İnanıram ki, lazım olan cəzanı verəcəklər. Qanunlarımız qarşısında cavab verəcək. Camaatın evini az yıxın. Ay bisavad həkimlər xalxın uşağını yetim qoydunuz!!!!! Belə insanları araşdırıb işdən çıxarıb rədd eləmək lazımdı. Getsin evində otursun. Yazıq gəlin 24 yaşında qara torpağa yolladılar!!!! Ən ağır cəza versinlər başqalarına da dərs olsun!!!!!

    Cavab yaz
    • Anonim
      Dəhşət · 14 Fevral 11:0420

      29 yaşında hayıf elədilər yazıq gəlini. Allah rəhmət eləsin.

      Cavab yaz
  • Anonim
    Dəhşət · 14 Fevral 10:4620

    Ehtiyatsızlıqdan nədir?! Bisavad həkimlər nə oldu elə ana ölümlərini ehtiyatsızlıqdan edirlər!!!! Başları çıxmır bilmirlər onları xəstə həyatı yox pul maraqlandırır. Mən hələ eşitməmişəm ki, hansısa kasıb gəlinə yardım edələr!!!!!

    Cavab yaz
  • Anonim
    # · 14 Fevral 10:5610

    Bİzdə həkimlər aborta elə belə şey kimi baxırlar.Əslində çoxmagır əməliyyatdı.Əməliyyatdsn qabaq xəstə yoxlanıb sonra abort olunmalıdı.Deyirlər tez edək pulu qoyaü cibimizə.

    Cavab yaz
  • Anonim
    ŞE · 14 Fevral 12:4310

    Belkede qanaxamasi olub həkimler başdansovdu eliyibler nezaret olmuyub.Allah rəhmət eləsin gənc həyati hansisa bisavad qəlbsizin ucbatinnan fəda oldu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.