Ölkə

Bakıda "ASAN Xidmət" adı ilə dələduzluq edən dəstəyə hökm oxundu

13 Fevral 2019 18:15
0 Şərh     Baxış: 719

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları "ASAN xidmət"də işə düzəltmək adı ilə dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, N.Quliyev 5 il, Z.Məmmədov 4 il 6 ay, Y.Məmmədov 6 il azadlıqdan məhrum edilib. Ə.Zaidova isə 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər ötən il həbs edilib. Məlum olub ki, N.Quliyev "ASAN xidmət"in Sumqayıt filialında ştatdankənar mütəxəssis işləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.