Ölkə

Su polisi "Qırmızı kitab"a düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brakonyerləri tutdu - FOTO - VİDEO

13 Fevral 2019 18:22
1 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin (XPM) 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı "Qırmızı kitab"a düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brakonyer yaxalanıb.

Su Nəqliyyatında Polis İdarəsindən Milli.Az-a məlumatına görə, keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən biri Saatlı şəhər Babək küçəsində yaşayan Nizam Əliyevdir. Qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılan şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumulyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fonar, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.
Saxlanılan şəxs Nizam Əliyev tutduğu əməldən peşman olduğunu deyib və bir daha belə hallara yol verməyəcəyinə dair söz verib.

Su Polisi bu yolla tutulan balıqların insan sağlamlığına ciddi zərər vurduğunu bildirərək, qanunsuz balıq ovu ilə məşğul olan Nizam Əliyevə bu işi qanuni yolla həyata keçirməyi tövsiyə edib.

İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə keçirdiyi reyd zamanı isə qanunsuz ov etdiyinə görə, Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov adlı şəxs saxlanılıb. Saxlanılan şəxsdən baxış zamanı qırmızı kitaba düşmüş iki ədəd bərzək quşu, bir ədəd ov silahı və bir ədəd patron götürülüb. 

Keçirilən əməliyyat zamanı saxlanılan digər şəxs Tovuz rayonunun Girzan kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Qələndər Yusif oğludur.  Qeyd olunan şəxs qüstar üsulla (gərginlik artıran cihazla) qanunsuz olaraq balıq ovlayarkən saxlanılıb. Saxlanılan şəxs Qələndər Məmmədovdan 110 ədəd qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb "domça" adlandırılan balıqovlama vasitəsini suya atıb. Su Polisinin reydə iştirak edən əməkdaşları saxlanılan şəxsin 6 ay əvvəl də qanunsuz balıq tutma səbəbindən saxlanılıb. Bu dəfə Qələndər Məmmədov bir daha qanunsuz yolla balıq tutmayacağına dair söz verib.

Qeyd edək ki, su polisi mütəmadi olaraq Azərbaycan Respublikasının Su Nəqliyyatında Polis İdarəsinin xidməti ərazilərində regional reydlər keçirəcək və balıqları antisanitariya şəraitində hisə verərək əhalini zəhərləyən, eləcə də insan sağlamlığına ciddi fəsadlar yetirən elektrik avadanlığı ilə balıq ovlayan və qırmızı kitaba düşmüş quşları ovlayanlara, balıq qumlarının daşınmasının qarşısını almaq naminə ciddi tədbirlər görür. Bununla yanaşı, su polisləri Mingəçevirdə krevetkaların kütləvi şəkildə qanunsuz olaraq tutanlara qarşı da mübarizə aparır və bu reydlər davam etdiriləcək. 

Dəfələrlə su polisinin əməkdaşları bu əməlləri törədənlərlə profilaktik və maarifləndirici söhbətlər aparıb, belə halların yolverilməz olduğunu onlara izah ediblər.

Pünhan Mirzə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Su Polisi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.