Ölkə

Xalq artistinin "qardaş"ı DÜNYASINI DƏYİŞDİ - Sirrimi ona danışardım - FOTO

13 Fevral 2019 15:30
6 Şərh     Baxış: 11 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Məleykə Əsədova "Şou ATV"nin efirində ailə üzvü qədər yaxın olan doğmasının ölüm xəbərini verib.

Milli.Az xəbər verir ki, aktrisa ağlamamağa çalışdığını, lakin bacara bilmədiyini qeyd edib:

"Özümə söz vermişdim ki, ağlamayacam. İstəməzdim gözyaşımı görsünlər. İstərdim məni həmişə gülərüz görsünlər. Amma həyat varkən kədər də var, sevinc də var. Addımları ata-ata bu həyatı öyrənirik. Amma əsas odur ki, əqidəmiz birdir.

Mən 17 yaşımda atamı itirmişəm. Bu yaxınlarda böyük bacımın yoldaşını itirdik. Ona qardaş deyirdim. Mənim bütün işlərimdə, evim tikiləndə, hər bir şeydə onlar gediblər arxasınca. Atam öləndən sonra o bizə qardaş, ata oldu. Nazıma da, kaprizimə də dözürdü. Sirrimi heç bacıma yox, ona danışardım. 3-4 gün xəstəxanda yatdı, 61 yaşında dünyasını dəyişdi. "Yeddi"si təzə çıxıb".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.