Ölkə

Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATI

13 Fevral 2019 13:42
19 Şərh     Baxış: 7 703

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayev qətlə yetirilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edilib.

Yaxınlarının verdiyi məlumata görə, qətlə yetirilən Rəşad Fətullayev N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirib. Mərhum 540 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi imiş. O, qış imtahanlarını verib Şirvan şəhərinə ailəsinin yanına gedib. Hadisə baş verən gün mərhum Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən atası Rauf Fətullayevə məxsus mağazada olub. Bu zaman yaxınlıqda kirayə qalan Adıgözəlov Amil Mahir oğlu Rəşad Fətullayevi vuracağı ilə hədələyib. O isə qatilə buna inanmadığını, önu öldürə bilməyəcəyini deyib. Bu zaman qatil üzərində olan bıçaqla onu ürəyindən vurub. Ağır xəsarət alan Rəşad Fətullayev özünü yaşadığı evə çatdırsa da,  atasının qucağında can verib. Rəşadın özündən kiçik, 10-cu sinifdə oxuyan bir qardaşı da var.  Həmçinin Rəşad Fətullayev "hə"si olub, yaxın zamanda nişanı olacaqmış.

Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, Sabirabad rayon sakini A.Adıgözəlov Şirvan şəhər polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Alsu · 13 Fevral 13:51210

    Senin ellerin kut qalsin. Hec acilmasin inwallah. Senin ne ixtiyarin var idi o oglani oldurdun. Ailesine facie yawatdin. Yaziq oglanin ailesinin, arzularini ureyinde qoydun. Allah cezani verecek senin geci tezi var. Allah o oglana da rehmet elesin. Qebri nurla dolsun, ailesine de sebr dozum versin.

    Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 13:51190

    Universitetimizin tələbəsi. Bizim fakultədən , qrupdan olmasa da , cox heyif. Allah rəhmət etsin ! Nur icində yatsın ! Hec nədən gələcəyin bir ziyalısı məhv edildi.Allah bəlanı versin , tufeyli vicdansız.

    Cavab yaz
    • Anonim
      x · 13 Fevral 14:10323

      Her universitet bitiren ziyali olsa, ne derdimiz. Ilde 80 min "ziyali" shtampovka edirik.

      Cavab yaz
      • Anonim
        X e · 13 Fevral 15:25161

        Dexilsiz serh

        Cavab yaz
      • Anonim
        Haqq · 13 Fevral 16:5390

        Söhbət bir cavanın gələcək ziyalının həyatına bir tüfeyli tərəfindən son qoyulmasından gedir Siz isə cəfəngiyat danışırsız.

        Cavab yaz
      • Anonim
        Fu · 13 Fevral 22:0020

        Bizim cemiyyete savadlilar lazimdir,bicaq gezdiren tufeyliler yox...

        Cavab yaz
      • Anonim
        melek b · 14 Fevral 11:3410

        14 10-a sizin serhinizi qinayiram,belke basqa bolumde yazsaydiniz haqq qazandirardim size.burda cox savadli bir telebe dunyasini deyisib,sozun esil menasinda savadil altini cizerek yaziram.men ilk defe sekli gorende tanis geldi ,amma yadima sala bilmedim,sonradan filrimi testiqlemek ucun zeng edib sorusdum ,fikrimde yanimlamisdim.cox uzucu xeberdi ,dunen nisani olacaqdi(|((

        Cavab yaz
  • Anonim
    K.k · 13 Fevral 13:51130

    Allah rehmet etsin. Ellerin qurusun. Neye gore ne meqsedle?

    Cavab yaz
  • Anonim
    Çayxor · 13 Fevral 13:54190

    Can bala,Allah rehmet elesin.min bir eziyyetle böyüt,axırda da hansısa avaranın güdazına getsin.eli qurumuş üreyinden vurub...

    Cavab yaz
  • Anonim
    ? · 13 Fevral 13:56324

    Dayanmis yerde kimise oldurmurler deqiqlesdirib sonra yazinda

    Cavab yaz
    • Anonim
      Aliye · 13 Fevral 14:03191

      Her ne olursa olsun hec kimin basqasini oldurmeye ixtiyari yoxdur, onu Allah yaradib sen yox

      Cavab yaz
    • Anonim
      @@@ · 13 Fevral 14:43110

      Bəs niyə öldürüb? Nəsə bilirsənsə de biz də bilək. Manyaka səbəb lazım deyil. Beyni nə buyurur, onu da edir. Allah bəlasını versin, qatilin.

      Cavab yaz
  • Anonim
    Aze_Boy · 13 Fevral 13:58110

    Usaq hecneden rehmete gedib.Allah belani versin.Bele dusuncesiz seviyyesizlerden Allah ozu qorusun.

    Cavab yaz
  • Anonim
    Aliye · 13 Fevral 14:01140

    Ozbasinaliqdir, hami cibinde bicaq gezdirir. Yoxlamalar aparilsin kim cibinde bicaqla gezirse 10 illik hebs olunsun..hami qessab olub, kimse xosuna gelmirse bicaqlayir

    Cavab yaz
  • Anonim
    2222 · 13 Fevral 16:2350

    "he"si verilmis bir qizi niye narahat edirsen axmaq.yaziq oglan ,can ay ana can.balan gudaza getdi

    Cavab yaz
  • Anonim
    SEVİL · 13 Fevral 16:4740

    Allah sevənlərinə dözüm versin ki,bu ağrını daşıya bilsinlər(((Heyf...bir nadan bişərəfin qurbanı oldu(((

    Cavab yaz
  • Anonim
    QQ · 13 Fevral 16:5040

    Əıin qurusun .Caaan yazıq uşaq

    Cavab yaz
  • Anonim
    d · 14 Fevral 12:4700

    bu avaralar basib heryeri sebebide analar duzgun terbiye vermir ogullarina.cox bele serbest buraxirlar neticede avara kuce usaqlari ile dolur weher.werefsizzz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.