Ölkə

Rəsmilər vulkan püskürən əraziyə yollanıb

13 Fevral 2019 13:59
1 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında həmin şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

O, bildirib ki, hazırda əməkdaşlar təbiət hadisəsinin Quşçu kəndindədir: "Quşçu kəndinin yaxınlığında püskürən vulkanın adı "Quşçu" vulkanıdır. Ümid edirik ki, vulkan püskürməsi o qədər də güclü olmayıb".

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) isə "Report"a bildirilib ki, vulkan püskürməsi yerli vaxtla 06:25-də qeydə alınıb: "Püskürmə 1 dəqiqə 30 saniyə davam edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.