Ölkə

Yasamalda bir neçə oğru tutuldu, aralarında qadın da var

13 Fevral 2019 13:39
0 Şərh     Baxış: 712

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Adıgözəlov saxlanılmışlar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini R.Məmmədovanın çantasından içərisində 300 manat, 200 avro və 30 lirə olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Pünhan Mirzə
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.