Ölkə

Bu il 3 regional vəkil qurumu fəaliyyətə başlayacaq

13 Fevral 2019 13:36
0 Şərh     Baxış: 337

Bu il bölgələrdə Azərbaycan Vəkillər Kollegiyasının 3 regional bölməsi fəaliyyətə başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, bu istiqamətdə sürətli təbdirlər görülür:

"Hazırda Şəki, Şirvan və Sumqayıtda kollegiyanın regional qurumlarının yaradılması ilə bağlı işlər gedir. Artıq həmin qurumlar üçün lazımi binalar da ayrılıb, təmir işləri aparılır. Çalışırıq ki, bu il həmin qurumların açılışını da həyata keçirək. Bu proses daim davam edəcək. Bakı, Gəncə, Lənkəran şəhərlərində də bu cür qurumlar yaradılacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.