Ölkə

Bakıda evlərin sayğacları oğurlandı - Oğrular onları nə edəcəkdilər?

13 Fevral 2019 12:58
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.