Ölkə

Bakıda ağır qəza: ölən var - VİDEO

13 Fevral 2019 10:20
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Dərnəgül prospekti, "Çermet körpüsü" adlanan ərazidə qeydə alınıb.

Çin istehsalı olan, 90 PH 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qurbanov Azər Əjdər oğlu maşını körpünün istinad divarına çırpıb. 

Nəticədə, avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ağır qəza: ölən var-1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.