Ölkə

İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi

13 Fevral 2019 09:29
Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu" vulkanının püskürməsi gözlənilən idi".

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda "Quşçu" ilə yanaşı, "Dəmirçi", "Qızmeydan", Qobustanda "Şıxzərli" vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.