Ölkə

Bakı Şəhər İcra hakimiyyəti mitinqə icazə vermədi

12 Fevral 2019 16:57
Baxış: 1 314

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Milli.Az xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da "Qarabağa azadlıq" şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.