Ölkə

Göyçayda FACİƏ: qadın abort zamanı dünyasını dəyişdi - Xəstəxanadan açıqlama - YENİLƏNİB

12 Fevral 2019 16:31
27 Şərh     Baxış: 8 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:31

Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasını dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib.

Milli.Az bildirir ki, xəstəxananın baş həkimi Elçin Bilalov Trend-ə açıqlamasında bildirib ki, dünyasını dəyişən 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay sakini deyil:

"Qadın Astara sakinidir. Həyat yoldaşı çoban işləyir. Bir neçə gün öncə həyat yoldaşı ilə birlikdə Göyçaya gəlib. Bu gün səhər saatlarında qadın kəskin qanaxma ilə xəstəxananın doğum şöbəsinə daxil olub. Qadın 14 həftəlik hamilə olub. Həkimlər onu məcburiyyət qarşısında abort eləmək qərarı verib. Qadın abort zamanı dünyasını dəyişib".

Baş həkim bildirib ki, qadın bu vaxta qədər bir neçə dəfə qeysəriyyə əməliyyatı olub və uşaqlıq borusu zədələnib:

"Hər dəfə qeysəriyyə əməliyyatı zamanı uşaqlıq borusu zədələnir. Bu qadın da 2-3 dəfə qeysəriyyə əməliyyatı olunub. Bu dəfə də qanaxma ilə daxil olub və abort zamanı dünyasını dəyişib".

E.Bilalov bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

--------

14:47

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. 

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.