Ölkə

Deputatlar bu gün 32 məsələ üçün toplaşır

12 Fevral 2019 09:37
Baxış: 575

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Daha sonra iclasda "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Gənclər siyasəti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 32 məsələ daxildir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.