Ölkə

Nişanlısından halallıq istəyib yoxa çıxan Aynurə görün haradan tapıldı - FOTO

13 Fevral 2019 11:57
44 Şərh     Baxış: 13 133

Təxminən bir ay öncə nişanlısına "Haqqını halal et" yazaraq yoxa çıxan İsmayıllı sakini Aynurə Balayeva adlı qız tapılıb.

Milli.Az xəbər verir ki, 22 yaşlı Aynurənin Bakıda bir qrup qızla bir evdə yaşadığı məlum olub.

"Səni axtarıram"da Xoşqədəm Hidayətqızı nişanlı qızın tapıldığı xəbərini bu sözlərlə ifadə edib:

"Bakıya gəlib, iki qız ilə birgə qalırmış. Qaldıqları evdə televizor olmur. Evdəki qızlara deyir ki, "Evdə atam, anam, qardaşım razıdırlar. Mən Bakıya gəlmişəm işləməyə". Qızlar da onun kimi Namaz qılan, Oruc tutan olurlar. Qızlar Aynurəyə onlarla qalmağa razılıq verirlər. Bir gün qızlar Youtube-da baxırlar ki, Xoşqədəm Aynurəni axtarır".

Verilişə gələn Aynurənin qardaşı hadisənin təfərrüatı ilə bağlı bunları deyib:

"Qızlar Aynurəyə deyiblər ki, "Bəs bizə deyirsən səni axtarmırlar?". Sağ olsun o qızlar. Demək olar ki, bir aya yaxın onlar Aynurəyə sahib çıxdılar. Onlarla gedib görüşəcəm".  

Qeyd edək ki, Aynurənin evdən qaçmağının əsas səbəbi kimi, nişanlandığı oğlana ərə getmək istəməməsi göstərilib. 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    Çayxor · 13 Fevral 12:10210

    Dehşetdilere,,ay balam ere getmek istemirsense,oğlana de istemirem seni.evden qaçmaq nedi,özünüzü,ailenizi bele alçaldırsız.ibadet edirsense bilmelisen axı qız gece evden valideyinden xebersiz çıxmaz.

    Cavab yaz
  • Anonim
    Leyla · 13 Fevral 12:111119

    Yaziq qardas nankor bacidan otru basi asagi oldu

    Cavab yaz
    • Anonim
      Leylaya · 13 Fevral 12:55100

      Vallah o qardasda qardasliq hissi yoxdu.o gun bunun bacisindan danisirlar verilisde .oda oz ozune gulur.axir xosqedem dediki nolub neye gulursen.kimnense mesajlasirmir.axir bilindiki bunu bacisinin sohbeti geden vaxti buda dostunun arvadiynan mesajlasir.buda bunlarin aile qeyretleri

      Cavab yaz
  • Anonim
    ad · 13 Fevral 12:1350

    halalliq istəmək artiq o halalligi alibdi demek deyil. basligi duzeldin

    Cavab yaz
  • Anonim
    Bakili · 13 Fevral 12:241014

    Ismayilli ucar ne bilim baska rayonnar nedu bi ala?

    Cavab yaz
    • Anonim
      bro · 13 Fevral 12:302116

      Rayonlar qan eleyir. Gelirler Bakiya buranin da zibilin cixarirlar. Gormamishin sonradan gormesi pis olur

      Cavab yaz
      • Anonim
        @@@ · 13 Fevral 16:42154

        Brosan nəsən, bilmirəm. Rayonlardakılar zibil deyil, ay zibil. O zibil dediyin rayonlardan minlərlə şəhid çıxıb. Zibil özü hamını zibil görər. Bakı ölkənin böyük şəhəridir, Bakıya gələn səndən icazə almalıdır? Mərifətin, qanacağın olsun.

        Cavab yaz
        • Anonim
          Asks · 13 Fevral 17:48411

          Baki Bakililarindir. San xatda qal

          Cavab yaz
          • Anonim
            @@@ · 13 Fevral 18:0651

            17-48, Yavaş sür biraz, avariya edərsən.

            Cavab yaz
          • Anonim
            @@@ · 13 Fevral 18:0871

            17-48, deməli sən və səni kimi fikirləşənlər bəlkədə erməniyə təşəkkür edir. Çünki ermənilər minlərlə rayonlu vətəndaşımızı qırıblar.

            Cavab yaz
          • Anonim
            @@@ · 13 Fevral 18:2171

            Uzun sözün qısası, Bakı səni kimi "bakılılar"ındı deyirsən. Cəhənnəmə olsun. Götür, Bakıda sənin olsun, Allahın min bir bəlası da. Sabah o dünyaya gedəndə görüm Bakıdan kəfəndən başqa nə aparacaqsan?

            Cavab yaz
    • Anonim
      Gülümsərov · 13 Fevral 13:1975

      qədeşim ova çıxan ərəbləri gəzirlər.

      Cavab yaz
      • Anonim
        Anar · 13 Fevral 13:33118

        Sheher biyabirciliqdi adam ailesi ile hecyere cixa bilmir. Bunlarin yiyesi yoxdu? Bro demishken yiyeleri rayonlarda oturub deyir ki qizim Bakida oxuyur))

        Cavab yaz
        • Anonim
          13 33 · 13 Fevral 18:01101

          Nə yaxşı, ailənlə çölə çıxanda Bakı küçəsindəkilər biabrçılıq olur,amma tək çıxanda çölə küçədəkilər ürək olurlar, ceyran olurlar?.Nədənsə, qeyrət, namus bir çox kişilərin ailələri yanında olanda yadlarına düşür..

          Cavab yaz
    • Anonim
      @@@ · 13 Fevral 16:40105

      Adını bakılı qoyan bakılı, sən azərbaycanlısan? Azərbaycanlısansa niyə azərbaycanlılara nifrət edirsən? O nifrət etdiyin rayonlarda yaşayanlar sənin həmvətənlərindi, əgər azərbaycanlısansa.

      Cavab yaz
  • Anonim
    melek b · 13 Fevral 12:2652

    nese inandirici gelmedi

    Cavab yaz
    • Anonim
      Naz · 13 Fevral 12:4543

      Yeqinki o dini qurumlara qosulub

      Cavab yaz
  • Anonim
    Zərb Məsəl · 13 Fevral 13:20180

    A balam, bu hicabı döndəriblər sipərə. Xüsusi vurğuyla da tez-tez deyirlər, guya qadın hicablıdısa, Vəssalam, etalondu. 5-10 il bundan qabaq olsaydı, yenə ничего. Amma bu gün hicablı olmaq mütləq mömindi namusludu demək deyil. Özümdən demirəm, həyat, gündəlik baş verənlər bunu göstərir

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Fevral 13:4280

      Bravo.Onu yazmaq istəyirdim,gördüm artıq yazmısınız.Sanki,"Qızımız təmizdir"deyib sübut eləmək üçün namazı-hicabı ortaya atırlar.Vəssalam.Hamı inandıki qlz monastrda olub.Mən heç pis şeyi də üyimə gətirmirəm.Mütləq deyilki nəsə pis bir şey etsin.Amma,sübut lazım deyil.Onsuz da millət yaxşını qoyub,pisi danışacaq.

      Cavab yaz
      • Anonim
        Mehrabi · 13 Fevral 19:2851

        Əsrənur xanım sizdən üzr isdəyirəm Vallah indi bəziləri hicaba girib nələrdən cıxırlar..""YUXARIDAN MƏLƏK AŞAQIDAN KƏLƏK ""

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 Fevral 20:2081

          Mən hicaba heç vaxt namus-qeyrət simvolu kimi baxmamışam.Onu mədəniyyət kimi qəbul etmişəm.Çox qadın örtünmək istəyirsə,bu,onun haqqıdır,qarışa bilmərik Amma,bu,o demək deyilki özü örtünən örtünməyən qadına "əxlaqsız"damğası vurmalıdır.Əxlaqsızlıq adamın qanında varsa,hicaba-niqaba da bürünsə,öz işində olacaq.Ürəyi götüeməyən işi mini yubkalıya heç vaxt etdirə bilmək olmaz.Abırlı-əxlaqlı,abırsız-əxlaqdızlığı adam gərək özü istəyə,özü özünə yaraşdlra.Üzr istəməyə ehtiyac yoxdur,çünki,fikrinizlə razıyam.

          Cavab yaz
  • Anonim
    ...... · 13 Fevral 13:3690

    Harda xəstə səy var tapıb gətirielər efirlərə.

    Cavab yaz
  • Anonim
    Elnure · 13 Fevral 13:3870

    Hicabi da savunma usuluna ceviribler.Sert hicab deyil o ananin cekdiyi o iztirabi o eziyeti o qiz omur boyu ona qautara bilmez

    Cavab yaz
  • Anonim
    Şəxsən · 13 Fevral 13:41111

    mən , mənim qızım bir ay evdən qacıb getsəydi özumu öldurərdim. Bu şərəfsizliyə dözə bilməzdim. Hicabı bayraq edib , altında min oyunlardan cıxanlara ar olsun ( hamıya aid deyil.)

    Cavab yaz
  • Anonim
    Gəmbərgulu · 13 Fevral 13:59130

    butun gunahlar Xosgedemdedir. o bele seyleri reklam eledikce bele seyler artir , hele birazde iyrenc formada artir

    Cavab yaz
  • Anonim
    bakılıya · 13 Fevral 14:39115

    Hər bir yerin yaxşısına var pisi də Bu o demək deyil ki Ismayıllıdan bir qız evindən qaçıbsa İsmayıllı lar hamısı elədi .Eləcə də Ucar hər bir elin yaxşısıda var pisi də .Mən Aynurəyə haqq qazandırmıram səhv eləyib anasının qardaşının başını aşağı elədi .İstəmirdi ailəliklə həll edərdilər daha belə evdən niyə qaçırdı ki?

    Cavab yaz
  • Anonim
    Aki2 · 13 Fevral 15:0361

    Ewi bunun ayagi suruwkendi gormursen iki dawin arasinda hicabini acib

    Cavab yaz
  • Anonim
    vual · 13 Fevral 15:2440

    Bu hansı zəmanədə axı . ana ata kimə istəsə övladını verib və ya övladın istəmədiyini alsın.

    Cavab yaz
    • Anonim
      $$$. · 13 Fevral 15:41132

      Qızlar oxuyin , təhsil alın. Tələbəlik həyatı yaşayın. Savadlı olun ki , həyatınız gözəl , maraqlı olsun. Butun bu evdən qacmalar , orda burda qalmalar bekarcılıqın əlamətidir. Bizim qrupda necə rayonun numayəndələri oxuyur və şəhərdə kirayədə qalırlar. İnanın , dərs oxumaqdan gözləri də zəifləyib yazıqların. Hec ərə getmək haqqında da fikirləşmirik , cunki məqsədimiz , arzularımız var. Hər şeyin öz vaxtı var . İndiki gənclər cox inkişaf edib , bizi hec nəyə məcbur etmək olmaz . Savadsız ailələrdən cıxır butun bu biyabırcılıqlar ( hamıya aid deyil ). Lenin baba demişkən : - OXUMAQ ! OXUMAQ! YENƏ DƏ OXUMAQ! Rayonlu , Bakılı deyib , hec kimin xətrinə dəyməyək. Hər yerin pisi də var yaxşısı da . YAXŞILARDAN OLAQ!

      Cavab yaz
      • Anonim
        Sarı · 13 Fevral 15:4870

        Afərin sizə xanım!

        Cavab yaz
      • Anonim
        Diqqət · 13 Fevral 17:5450

        Oxumağı Ulyanovdan əvvəl Allah buyurub, müqəddəs Quranımız deyir

        Cavab yaz
      • Anonim
        @@@ · 13 Fevral 19:0740

        Alimin yuxusu cahilin ibadətindən xeyirlidir. Beşikdən qəbirədək elm öyrənin. Elm Çində olsa belə gedin öyrənin. Hz. Məhəmməd Peyğəmbər

        Cavab yaz
  • Anonim
    @@@ · 13 Fevral 16:4530

    Bu əgər həqiqətən qızlarla qalıbsa, bir pis iş görməyibsə, onda onu yox, onu evdən qaçmaga məcbur edən ailədi günahkar. İndi hansı zəmanədir ki zorla qız ərə verilir? Hamı qızı günahkar bilir. Yaxşı evdən, xoş ailədən heç kim qaçmaz.

    Cavab yaz
  • Anonim
    #### · 13 Fevral 17:1693

    kooperasiya univerditetinin yainda yawayiram. iller boyu telebeleri gorurem.sentyabrda gelen rayon telebe qizlar bawiawagi, uzun yubka, kosmetikasiz ve s. oktyabr,noyabr - 1 ton kosmetika, geyimleri bilmirsen yubkadi yoxsa kemer, qaqqiltilari ,danwiqlari 4 mertebede ewidilir. amma daniwanda weherlileri beyenmirler

    Cavab yaz
    • Anonim
      @@@ · 13 Fevral 17:3984

      Bir sual verim. Şəhərli deyəndə kimləri nəzərdə tutursan? Yəqinki ancaq bakılıları. Siz elə düşünürsüz ki, Azərbycanda şəhər bircə Bakıdır, qalanları hamısı rayon və kənddir. Bu böyük bir savadsızlıqdır, Azərbaycanda 11 şəhər, 66 inzibati rayon var. Yaşadığınız ölkədən bixəbər olmaq yaxşı hal deyil.

      Cavab yaz
      • Anonim
        Get · 13 Fevral 17:5036

        Ne gic gic danishirsan?

        Cavab yaz
        • Anonim
          @@@ · 13 Fevral 18:0523

          17-16da yazan nikə yazmışam. Sən kimsən? Sözümün qabagında cavab tapammadın deyə təhqirə keçdin? İndi gördün gic danışan sənsən, mən yox.

          Cavab yaz
        • Anonim
          17 50 · 13 Fevral 18:0734

          Mən tərəfdən baxanda, nədənsə,gic-gic danışana sən oxşayırsan..17:39 düz yazıb, nöqtəsinə qədər..Bilmirsənsə, öyrən, öyrənmək ayıb deyil.

          Cavab yaz
          • Anonim
            @@@ · 13 Fevral 19:0131

            18-07, tutarlı söz tapammayan həmişə təhqirə keçər. Qınamıram.

            Cavab yaz
      • Anonim
        Lala · 13 Fevral 18:0034

        Şeherlinin medeniyyeti terbiyesi dünya görünüşü en esas da gözü toxluğu hemişe olub ve buna göre de seçilib ve seçilir. Aydın oldu sana?

        Cavab yaz
        • Anonim
          @@@ · 13 Fevral 19:0532

          Lala, mənə yazırsan sən? Sana yox, sənə, ay şəhərli bacı. Bu dediklərini kimə lazımdı ona de, mənə yox. Çünki mən də şəhərliyəm. Doğulandan şəhərdə yaşayıram, şəhərdə orta və ali təhsili almışam, şəhərdə işləmişəm. Ancaq Bakıda yox, ölkəmizin başqa şəhərində. İkincidəki Lala xanım, o dediyin kriteriyalar ən ucqar kənddə yaşayanlarda da var. Kənddə yaşayanlar sən fikirləşdiyin qədər də mədəniyyətsiz, tərbiyəsiz, gözü ac deyil Kəndlərə yolun düşməyib ola bilsin, bilmirsən.

          Cavab yaz
  • Anonim
    S · 13 Fevral 18:5020

    Mese caqqalsiz olmaz

    Cavab yaz
  • Anonim
    Nuray · 13 Fevral 21:2420

    Mən şəxsen özüm hicablı olduğum halda hicabda olmayanlara daha çox hörmet edirem çünki bir defe bir xanim rayobdan şəhere gedirdi avtobusa minende hicablı idi sonra avtobusda hicabin açdi şoka düsdüm bakiya çatanda da başıaçığ düsdü getdi.

    Cavab yaz
  • Anonim
    Sade_Oglanam · 14 Fevral 07:3020

    Sudu curuk olana xeyri yoxdu ayagindanda baglasan gedecek.Hamsi bir behanedi hansi zemanede yasiyirsan. Sadece dinen gezib kef elemek isteyirem ona göre. Bakida her bir serait var ona göre. Yoxsa evlenmek istemirem ne bilim ne bos bos seylerdi. Zemane Zemane Allah bu whatsap facebook cixardanlarin belasun versun insanlari pozan baslica sebebdir internet

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.