Ölkə

Əqli Mülkiyyət Agentliyi il ərzində 568 əsəri qeydiyyatdan keçirib

11 Fevral 2019 14:27
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyata alınıb və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusundaBakıda keçirilən konfransda bildirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il yanvarın 1-dək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.