Ölkə

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

11 Fevral 2019 13:29
0 Şərh     Baxış: 1 703

"Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir:

"Bu gün yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Hazırda söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir".

Sertifikatın qiymətinə gəldikdə isə, E.Vəlizadə bildirib ki, qiymət hələlik müəyyən edilməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.