Ölkə

İcra başçısının müavini: "Elə oğlan deyiləm ki, adım haradasa hallansın"

11 Fevral 2019 15:24
5 Şərh     Baxış: 2 133

Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması barədə yayılan xəbərlərdən danışıb. 

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Əliyev görüntülərdəki qadının onun həyat yoldaşı olmadığını bildirib: 

"Bəli, həyat yoldaşım Gəncədəki 10 nömrəli məktəbin direktorudur. Mən Samuxda yaşayıram, o, Gəncədədir. Nə fikir bildirəcəyəm ki? Fikri o videonu sizə göndərən adamdan soruşun. Kimsə bir şey deyəndə aydınlaşdırmalıdır. Məktəbdən öyrənin də, məndən niyə soruşursunuz? Niyə mənim adım hallanmalıdır ki? Heç o məktəbdə də oxumamışam ki, kimsə adımı hallandırsın. Mənim adım tarixində heç harda hallanmayıb. Elə oğlan deyiləm ki, adım hardasa hallansın. 

O videodakı mənim həyat yoldaşım deyil. Biz dövlət nümayəndəsiyik, ürəyi dövlətlə döyünən adamlarıq. Əgər mənim səhvim varsa və o səhvi kimsə hardasa deyirsə, ona nə deyə bilərəm? Mən belə şeylərlə maraqlanmıram. O vaxt maraqlanaram ki, kimsə internetə dövlətin əleyhinə nəsə qoymuş olsun. Siz o videonu çəkən adamdan soruşun ki, hansı əsasla orada filankəsin olduğunu iddia edirsiz?" 

Qeyd edək ki, iki gün öncə sosial şəbəkələrdə yayılan videoda əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın valideynlə əlbəyaxaya çıxdığı bildirilirdi. Həmçinin qeyd edilirdi ki, sözgedən direktor mütəmadi olaraq valideynlərlə və pedaqoji heyətlə bu kimi problemlər yaşayır. 
 
Qeyd edək ki, A.Əliyeva Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır. 

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    . · 11 Fevral 15:5621

    Isinden atilsin .

    Cavab yaz
  • Anonim
    @@@ · 11 Fevral 16:0302

    Qəzənfər bəy, videodakı qadın həyat yoldaşın deyilsə, videonu çəkib paylaşana və göstərənə qarşı cinayət işi açdıra bilərsən. Böhtan atıldıgına görə. Yox əgər, həyat yoldaşındırsa yenə də cinayət işi açdıra bilərsən, izinsiz çəkilib paylaşıldıgına görə və yoldaşına dei ki, birdə heç kimi döyməsin. Dövlətimiz vətəndaşlarımızın toxunulmazlıq hüququnu canla, başla qoruyur.

    Cavab yaz
  • Anonim
    @@@ · 11 Fevral 16:3523

    Hə ikincidə ay Qəzənfər qaqa, deyirsən elə oglan deyiləm ki adım hallansın. Adı hallanan oğlanlara nə olub ki?

    Cavab yaz
  • Anonim
    ...... · 11 Fevral 16:5201

    Ürəyi yaman döyünür)

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 17:2110

    Muəllimlərimiz hamıya numunə olmalıdır. Muəllimə də məktəbdə sacyolduya cıxıbsa, daha hec kimə söz demək olmaz. Cox ayıb.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.