Ölkə

Bakıda dəm qazından zəhərlənmə: ana öldü, qızın vəziyyəti ağırdır

11 Fevral 2019 14:04
0 Şərh     Baxış: 789

Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində bir nəfər dəm qazından ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1989-cu il təvəllüdlü Aygün Ələşrəfova və qızı, 2012-ci il təvəllüdlü Aysun Ələşrəfova hamam otağında dəm qazından zəhərləniblər.

30 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Onun qızı isə təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında yeddi yaşlı qızın vəziyyətinin stabil olduğunu deyib:

"2012-ci il təvəllüdlü Aysun dünən çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Bütün gecəni ciddi həkim nəzarətində saxlanılıb və səhər saatlarına yaxın nisbətən özünə gəlib. Reanimasiya şəraitində saxlanılır. Vəziyyəti orta-ağır olaraq qalır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.