Ölkə

Ötən il 171 nəfər ixtirası ilə bağlı iddia sənədi verib

11 Fevral 2019 14:09
0 Şərh     Baxış: 217

Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və 39 Avrasiya iddia sənədi daxil olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məlumat "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda açıqlanıb.

Qeyd olunub ki, iddia sənədlərinin ekspertizası 20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında nəticəsində bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, baxılmaqdan imtina haqqında 2 bildiriş, müxtəlif növ 14 bildiriş göndərilib, 182 axtarış aparılıb.

Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid sazişi və ona dair protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olub. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertiza aparılıb. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hazırda ilkin ekspertiza mərhələsindədir.

Haaqa sistemi vasitəsilə sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədləri daxil olub. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilib. İki sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək beynəlxalq büroya göndərilib. Hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.