Ölkə

DİQQƏT! Bakıda suçiçəyinə bənzər virus yayılıb - Qızdırma, halsızlıq...

11 Fevral 2019 12:14
6 Şərh     Baxış: 3 571

Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.  

Səpkilərin formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

"Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb".

Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.

Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ****** · 11 Fevral 12:2630

    UŞAĞINIZI İLIQ SU İLƏ HƏR GÜN CİMDİRİN YAXŞICA QURULAYIN BOŞ BİR ŞEYDİR.

    Cavab yaz
  • Anonim
    Teselli · 11 Fevral 12:4320

    Koksaki de tutublar suciceci de tutublar bizim usaglar

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 11 Fevral 12:5130

    Donuz,toyuq,fil,kergedan qripleri bildiy!!!Qizilca,suciceyi bunlarida bildiy!!!Day bunlar nedir???Viruslara artiq ad bele vere bilmirsiz!!!Dermanlar satilmir deye gunde nese cixardirlar!!!

    Cavab yaz
  • Anonim
    ~~~ · 11 Fevral 14:4010

    Bu ağız içi yaraları 1 həftədi bizim uşaqda qızdırma ilə oldu.Uşağın dili,damağı,diş ətləri hamısı şişdi,qızardı.Heçnə yeyə bilmədi. həkimin biri dedi dişi çıxır.Digəri dedi qerpes virusudu.Antibiotik yazdı.1 həftə uşaq da mən də zülüm çəkdik.Axırı ilk dəfə məcburiyyətdən boğazını sıldirdim.Həmin gecədən qızdırması düşdü.Yaraları da sağaldı şükür.Yenə də tam olaraq bilmədim bu nə xəstəlikdi.

    Cavab yaz
    • Anonim
      . · 11 Fevral 18:0500

      Hekimler deyir bogazi silme amma inan bu yawimdada bogazimi silmeseler temperaturum duwmur.

      Cavab yaz
      • Anonim
        ~~~ · 11 Fevral 20:3900

        Bilirem.həkimlər razi deyil.boğaz silinende cirk yayilir sonradan fesadlari cixir deyirler.Mən də həkim deyenlerlə oturub duran adamam. İlk dəfə məcbur qaldım. Xeyrini də gördüm amma.uwaqda hal qalmamışdı məndə də can.Allah uzaq elesin hamıdan. Adam ölür dirilir uwaq helə olanda.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.