Ölkə

Bu il keçiriləcək qəbul imtahanların TARİXləri açıqlandı

11 Fevral 2019 11:19
5 Şərh     Baxış: 3 831

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.

Milli.Az DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    2222 · 11 Fevral 12:0620

    11 ci sinifler 3 defe imtahan verecek?mene aydin olmadi

    Cavab yaz
  • Anonim
    NİKİ · 11 Fevral 12:3930

    ALLAH BÜTÜN İMTAHAN VERƏN BALALARA KÖMƏK OLSUN.

    Cavab yaz
  • Anonim
    Valideyn · 11 Fevral 12:5980

    Bütün abituriyentlərə,içində də mənim balama uğurlar

    Cavab yaz
  • Anonim
    MÜƏLLİM · 11 Fevral 15:3220

    Hamıya uğurlar!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.