Ölkə

"Əmək haqlarının artımı yüzminlərlə insanın sosial halının yaxşılaşmasına təsir göstərəcək"

9 Fevral 2019 13:33
Baxış: 3 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  Respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı durur. Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının durmadan daha da yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət başçısının "Minumum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il  25 dekabr sərəncamında dəyişiklik edilməsi barədə" 8 fevral 2019-cu il tarixli və 07.02.2019-cu il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında"  sərəncamları buna bariz nümunədir".

Bu barədə Milli.Az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev Prezident İlham Əliyevin Azərbaycanda minimum əmək haqqının arıtılmasına dair imzaladığı sərəncama münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu artım ölkədə yüzminlərlə insanı əhatə edəcək və onların sosial halının yaxşılaşmasına təsir göstərəcək: "Cənab Prezidentin fevralın 8-də imzaladığı sərəncamla 2019-cu ilin mart ayının 1-dən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub. Bu minumum əmək haqqının hazırkı 130 manatlıq məbləğindən 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əmək haqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna, 180 manata çatdırılmasına nail olunub. Hesablamalara görə, minimum əmək haqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcəkdir. Bununla əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq.

Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əmək haqqı 7 dəfə, minimum əmək haqqı isə 6,5 dəfə artıb".

R.Əliyev pensiyalarla bağlı məsələyə də toxunub: "Azərbaycan Respublikası Prezidentinin  "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 07.02.2019-cu il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1 tarxinə bütün növ əmək pensiyalarının sığorta hissəsini artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcəkdir. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş, mərkəzində daima Azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib və bu uğurlu siyasət daima davam edəcəkdir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.