Ölkə

“Nəriman Nərimanovun büstü parkda qalmalıdır”

6 Fevral 2019 14:54
0 Şərh     Baxış: 1 170

Gürcüstanın Marneuli şəhərində Nəriman Nərimanovun büstünün Mədəniyyət evi ilə üzbəüz parkdan götürülməsi və parka gürcü siyasətçisi Merab Kostavanın adının verilməsi təşəbbüsü hələ də gündəmdə qalır.

Buna etiraz olaraq Marneuli azərbaycanlıları xüsusilə, Nəriman Nərimanovun büstünün parkdan götürülməsi barədə gəzən şayiələrə etiraz edərək etiraz aksiyaları da keçiriblər.

Milli.Az xəbər verir ki, modern.az mövzunun həssaslığını nəzərə alaraq, "Artparalel" teleradio-prodüser mərkəzinin direktoru, "Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi"nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilavadan məsələ ilə bağlı münasibət öyrənib.

"Bilirsiniz, xalqlarımız və dövlətlərimiz arasında münasibətləri pozmaq üçün başlayan yeni təxribat dalğası fonunda xüsusilə diqqətli olmalıyıq. Təxribatlara uymamalıyıq. Merab Kostava Gürcüstanın Milli Qərhrəmanıdır. Parka onun adının verilməsinə normal baxıram. Nəriman Nərimanovun büstünə gəlincə, bu məsələdə razılıq əldə etmək olar. Büst parkda qalmalı, yaxud Mədəniyyət evinə yaxın ərazidə yerləşdirilməlidir. Başa düşürəm ki, ermənilərin separatçı-terrorçu üçün büst qoyması ilə bağlı son təxribatından sonra gərginlik yaranıb. Biz bu təxribatları soyuq başla, dostluğumuzu saxlamaqla, şayiələrə uymadan geridə qoymalıyıq. Əminəm ki, belə də olacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.