Ölkə

"Bunlar şayiə və təxəyyül məhsuludur" - DGK KİV-ə müraciət edib

2 Fevral 2019 17:54
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, bu qəbildən olan yazılarda DGK-nin və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, komitənin strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.

Əslində media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir. Lakin bu zaman yalnız konkret faktlara istinad edilməsi, ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər.

Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.

Üstəlik media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər.

DGK hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir, bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.