Ölkə

Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir

1 Fevral 2019 15:47
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, bəzi hallarda tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:

"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".

Şöbə müdiri deyib ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün çirkləndiriciləri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq: "Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək.

Bu gün KİV vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.