Ölkə

Azərbaycanda bitki xəstəlikləri şəkillər vasitəsilə müəyyən ediləcək

1 Fevral 2019 12:54
0 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi ilə bağlı əməkdaşlıq haqqında razılığa gəliblər.

KTN-dən Milli.Az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış şəkildə müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə əlaqədar startap layihəsinin reallaşdırılması nəzərdə tutulur.

Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.

Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.

Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.