Zaur Baxşəliyev aralarında heç cür buzlar əriməyən Xoşqədəm Hidayətqızını "Bizimləsən"in efirindən tənqid atəşinə tutub.
Milli.Az xəbər verir ki, Zaur canlı yayımda qadın həmkarını "əxlaqsızlığı" təbliğ etməkdə ittiham edib.
O, adını açıqlamasa da ona əks cəbhədə dayanan Xoşqədəmi reytinqə görə əxlaqsız məlumatları efirdə verməkdə tənqid edib:
"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" bir əxlaqsızlığı ortaya çıxardıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. Nəyi piar edirsiniz 2-3 faiz reytinqdən ötrü?! Hansısa bir əxlaqsızlığı?Ayıbdır, ayıb olsun!"
Daha ətraflı videoda:
Məhəmməd Vaqif
Milli.Az