Ölkə

Piyadaları vurub qaçan sürücülər tutuldular

29 Yanvar 2019 13:52
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının "Mercedes" markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Analoji hadisə Şəkidə də qeydə alınıb. Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının "VAZ-2106" markalı avtomobillə törədildiyi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.