Ölkə

Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

24 Yanvar 2019 20:57
0 Şərh     Baxış: 2 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist  Səfurə Çərkəzqızı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri  təyin edilib.  

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatı xəbəri nazirliyin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib. 

Qeyd edək ki, Səfurə Çərkəzqızı  1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb.  "P.S. Gənclik", "7 Gün",  "Rezonans", "Həftə içi " qəzetlərində,  "Lider", ARB televiziyalarında  çalışıb. Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində məsləhətçi kimi  işləyib.  O,  jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu.  "And olsun atlara!"  və "Sevdalılar " adlı kitabların müəllifidir.  2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.