Ölkə

"Özəl məktəblərdə təhsil haqlarında süni şişirtmələrə yol verilir" - İsa Həbibbəyli

24 Yanvar 2019 17:49
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, özəl məktəblərdə təhsil haqları fərqlidir, hətta süni şişirtmələrə də yol verilir.

Komitə sədri hesab edirki, bu məsələdə tənzimləyici mexanizmin olmasına ehtiyac duyulur: "Bu sahədə vahid qiymətlərin tətbiqi bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Özəl məktəblərdə ödənişli təhsilin qiyməti tələb-təklif əsasında, sərbəst şəkildə müəyyən edilməlidir. Buna görə də "Ümumi təhsil haqqında" qanuna belə bir maddənin əlavə edilməsi yaxşı olardı ki, qiymətlər əmək bazarının tələatına uyğun olaraq, tələb-təklif prinsipi əsasında müəyyən edilsin və müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl məktəblərdə təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarəti həyata keçirsin. Hesab edirik ki, bu sahədə tənzimləyici işə ehtiyac var".

İ.Həbibbəyli qeyd edib ki, təhsil kurrikulumlarının sadələşdirilməsi əsas məsələ olmalıdır: "Şagirdlərin yaşına uyğun olmayan məsələlər, formullar, üslublar sadələşdirilməlidir. Bunu valideynlər, şagirdlər də deyirlər. XXI əsrin təhsil kurrikulumlarının yemiləşməyə ehtiyac var. Təhsil nazirinə də bildirmişəm ki, yenidən hazırlanan təhsil kurrikulumlarını biz də oxuyaq. Biz də buna öz töhfəmizi vermək istəyirik".

İ.Həbibbəyli əlavə edib ki, təhsil kurrikulumlarına mili-mənəvi dəyərlərin artırılmasını vacib sayırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.