Ölkə

Bakıda 350 manata alça satılır

24 Yanvar 2019 09:40
3 Şərh     Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuducularda saxlanılan meyvələrin qiyməti yay mövsümündəkindən qat-qat yüksəkdir.

Bu cür meyvələr, adətən, qramla satılır.

Məsələn, 125 qramlıq böyürtkən 13 manata təklif edilir.

Qış mövsümündə az hallarda rast gəlinən meyvələr bununla bitmir. Bazarlarda rast gəlinən meyvələrdən biri də ərikdir. 

Milli.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ən baha olanı isə alçadır. Alça digər meyvələrdən fərqli olaraq, çəki ilə deyil, daha çox ədədlə satılır. Kiloqramı isə 350 manatadır.

Satıcılar bildirirlər ki, bu meyvələr ölkə xaricindən gətirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.