Ölkə

Azərbaycanda fahişəliyi leqallaşdırmağa dəyər?

23 Yanvar 2019 20:34
18 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar yerli KİV-də müntəzəm olaraq bölgələrdə ərli qadınlarla intim əlaqəyə girən gənclərin linç edilməsi haqqında xəbərlərlə rastlaşırıq. Bu, heç də yaxşı hal deyil. Kənd yerinə gəlincə, əks təqdirdə gənclərin cinsi zorakılığa və ya zoofiliyaya əl atdığı bildirilir.

Milli.Az media.az-a istinadən xəbər verir ki, yerli ekspertlər bunun başqa alternativinin olmadığını deyirlər.

Məsələ ondadır ki, ölkədə fahişəlik leqallaşdırılmayıb. Bakıda "massaj salonu" adı altında intim xidmətlə göstərilsə də, regionlarda belə salonlar yoxdur.

"İntim əlaqə - fizioloji tələbatdır, onu heç cür boğmaq olmur. Subaylar ya masturbasiya etməli, ya da cinsi əlaqəyə girməlidirlər. Fahişəxanaların olmadığı bir şəraitdə çoxları daima intim əlaqə barədə düşünür. Onların müxtəlif pozğun xəyallara qapıldığını da istisna etmək olmaz. Halbuki fahişə xidmətlərinin leqallaşdırılması belə halların ixtisarına kömək edə bilərdi", - deyə kliniki psixoloq, seks terapevt Təhmasib Cavadzadə bildirib.

Onun sözlərinə görə, fahişəxanaların leqallaşdırılması zorlama və xəyanətə görə ailələrin dağılması hallarını əhəmiyyətli dərəcədə azalda bilər. Məsələ ondadır ki, bir çox hallarda gənc oğlanlar alternativ tapa bilmədiklərinə görə ərli qadınlarla cinsi əlaqəyə girirlər. Fahişəxananın olması ideyası özlüyündə bəzi insanların qəlbinə rahatlıq gətirərdi.

"Ancaq fahişəliyin leqallaşdırılmasının mənfi tərəfi də var. Məsələ ondadır ki, bir çox insanlar "massaj salonlarına" baş çəkdiklərinə görə, ətrafdakıların tənqidi ilə üzləşmir. Ancaq fahişəxanalar açıq şəkildə fəaliyyətə başlasa, onlar ictimai qınaqla üzləşəcəklərindən qorxurlar. Anonim aparılan söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləyir, ancaq bu ideyanın açıq şəkildə dəstək göstərməyə, çətin ki, kimsə tapıla", - deyə T.Cavadzadə qeyd edib.

Onun sözlərinə görə, rayonlarda və kənd yerlərində cinsi tərbiyə deyilən şey yoxdur. Halbuki bu məsələ ilə valideynlər məşğul olmalıdır. Oğula ata, qıza ana başa salmalıdır. Cinsi tərbiyənin sıfır səviyyəsində olmasına görədir ki, bu gün bölgələrdə yetkinlik yaşına çatmamış insanlara qarşı zorakılıq halları geniş vüsət alıb. Bu sahədə gəncləri maarifləndirmək lazımdır.

Ekspertlər seksual gərginlikdən masturbasiya, idman və rəqslə məşğul olmaqla, diqqəti dərslərə və ya başqa işlərə yönəltməklə qurtulmağı tövsiyə edir. Sadalanan fəaliyyətlər mütəmadi olaraq seks haqqında düşüncələrdən azad edə bilər. Müvəqqəti də olsa, hər halda effektlidir.

Psixoloq Gülşən Rüstəmova fahişəxanaların leqallaşdırılmasını dəstəkləyib.

"Bir qayda olaraq, qadağan olunan şey insanlarda maraq oyadır. Mən fahişə xidmətlərinin və fahişəxanaları leqallaşdırılmasını dəstəkləyirəm. Ölkədə leqal fahişəxanalar açılsa, tələbatını ödəmək istəyən şəxslər oraya yollanacaq. Bütün sivil ölkələrdə fahişəlik qismən və ya tamamilə leqallaşdırılıb. Bundan başqa, "seks sənayesi" dövlətə yaxşı gəlir gətirir, belə ki, bu fəaliyyətə görə dövlətə vergi ödənilir", - deyə psixoloq G.Rüstəmova bildirib.

Onun fikrincə, fahişəxanaların leqallaşdırılması təhlükəsizlik nöqteyi-nəzərindən də əlverişlidir. Çünki belə olan halda, intim xidmətlər göstərən qadınların sağlamlıq vəziyyətini təsdiq edən arayışı olacaq. Bu, həm də müxtəlif növ xəstəliklərdən qaçmağa kömək olacaq.

Ekspert bildirir ki, fahişəliyin kökünü kəsmək mümkün deyil, bu, dünyanın ən qədim peşələrindəndir. Ona görə də müxtəlif cinsi zorakılıq hallarının qarşısını almaq üçün fahişəliyin leqallaşdırılması məqsədəuyğundur.

"Fiziki baxımdan yetişmiş və seksual gərginliyini atmağa ehtiyacı olan cavanların sayı az deyil. Ancaq elə çıxır ki, onlar bunu heç yerdə edə bilmirlər. Onlar zorakılığa əl atmalı deyillər axı. Bu, bir tələbatdır, ona görə də bu faktı nəzərə almaq lazımdır".

Azərbaycanın Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov isə fahişəliyin bütün dövrlərdə sosial problem kimi qəbul olunduğunu bildirir. Guya qadınlar "panel"ə maddi problemlərə görə çıxır. Halbuki bəziləri, həqiqətən, asan qazanc yolu kimi bu "peşəni" seçir.

"Bu, qədim peşədir, hər zaman olub və olacaq. Bununla mübarizə faydasızdır. Yeganə yol onun leqallaşdırılmasıdır. Onun mənfi cəhətlərindən çox, müsbət cəhətləri var. Gənc oğlanların artıq evli qadınlarla sevişməyə və ya kimisə zorlamağa istəyi olmayacaq", - deyə E.Zeynalov bildirib.

Onun sözlərinə görə, ərli qadınla yatdığına görə cavanı şikəst edə bilərlər, açıq şəkildə fəaliyyət göstərən fahişəxanaya baş çəkən gəncə isə heç kim toxunmayacaq.

Düzdür, din fahişəxanaların leqallaşdırılmasını təqdir etməsə də, günümüzün reallıqları bunu tələb edir.

"Əlbəttə ki, din fahişəlik və fahişəxanaların leqallaşdırılmasına qarşı çıxır. Ancaq onlar (fahişəxanalar) təkcə Azərbaycanda deyil, ərəb ölkələrində də uzun illər mövcuddur. Mən fahişəliyin qanuniləşdirilməsinin lehinəyəm".

Bu sözləri isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, alim-dinşünas Rafiq Əliyev səsləndirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında fahişəxana yoxdur. Ancaq cümə axşamı və cümə günləri səudiyyəli kişilər Dubaya yollanaraq, orada seksual gərginliyi atır:

"Leqal fahişəxanaların olmamasına görə bəziləri zoofiliyaya əl atır, bu isə İslamda böyük günah sayılır".

Onun sözlərinə görə, fahişəxanalar bu və ya başqa şəkildə faktiki olaraq bütün ölkələrdə var, Azərbaycan da bu baxımdan istisna deyil. Burda istək olsa, asanlıqda əxlaqsız qadın tapmaq olar. Ona görə də bu fəaliyyətin qanuniləşdirilməsi daha məqsədəuyğun və daha təhlükəsizdir, həmçinin, səhhət baxımından.

"Din rüşvətxorluğu, korrupsiyanı, yalanı, insanların aşağılanmasını təqdir etmir, ancaq təəssüflər olsun ki, sadalananlara bugünkü reallıqda rast gəlmək olur. Ona görə də reallığı nəzərə alaraq, fahişəliyin leqallaşdırılması məsələsinə baxılsa, yaxşı olar", - deyə R.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə görə, yüngül təbiətli qadınlar fahişəlik fəaliyyətinə görə inzibati məsuliyyət daşıyır. "Sutenyorlar" isə qadın alverinin təşkilinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Həmçinin, şəraitdən və fahişələrin yaşından asılı olaraq cərimə, ictimai işlər və üç ildən səkkiz ilə kimi azadlıqdan məhrumetmə şəklində cəza nəzərdə tutulub.

Fahişəlik xidmətləri göstərən bar, massaj salonu və saunaların sahibləri ictimai və ya islah işlərinə cəlb oluna və ya üç ilə qədər (təqsiri artıran ağır hallarda cəza altı ilə qədər) azadlıqdan məhrum edilə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.